Bir neçə ay əvvəl Hakan Sabancıdan ayrılan Hande açıqlaması ilə GÜNDƏM OLDU
Aktrisa Hande Erçel açıqlaması ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, Hakan Sabancı ilə sevgili olan zamanlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn Handenin adı artıq sadəcə layihələri ilə çəkilir.
O son açıqlaması zamanı işlərinin yolunda getdiyini, lakin özünü çox yalnız hiss etdiyini vurğulayıb:
"Çox uzun zaman oldu. Həyatımda heç kim yoxdur. Çox yalnızam" - deyə o qeyd edib.
Handenin bu açıqlaması sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.
Məlumat üçün bildirək ki, ötən gün aktrisanın 32 yaşı olub. O yeni yaşını sadəcə dostları ilə birlikdə qeyd edib.
Oxşar xəbərlər
Səidə Dadaşova: "Aynaya baxanda atamın ruhunu görürəm"
Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir k...