Bir ailəni alovlanan avtomobildən xilas edən azərbaycanlı qardaşlar təltif olundular - FOTO+VİDEO

29
yan
2019
15:28
Azərbaycanın Ukraynadakı Səfirliyi soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını ukraynalı ailənin həyatını xilas edərkən göstərdikləri şücaət və qəhrəmanlığa görə xüsusi mükafatla təltif edib.Səfirlikdən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı səfirlikdə keçirilən görüşdə çıxış edən səfirliyin müşaviri Vüsal Süleymanov bildirib ki, Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas edən soydaşlarımızın qəhrəmanlığını bütün Ukrayna cəmiyyəti rəğbətlə qarşılayıb, yerli mətbuat geniş işıqlandırıb:“Bu ənənə onu göstərir ki, xalqımız tarixən qəhrəmanlıqları ilə seçiliblər. Öz həyatınızı riskə ataraq azyaşlı uşağı və valideynləri xilas etməklə Azərbaycan xalqının necə humanist, tolerant və qəhrəman olduğunu bir daha dünyaya nümayiş etdirdiniz”.Göstərdikləri diqqətə görə, səfirliyə təşəkkürünü bildirən U.Şirinov qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq əməlləri ilə dövlətinin, xalqının başını uca tutmalıdır. Dövlətimizin dünyada yaşayan soydaşlarımıza diqqəti azərbaycanlıların fəaliyyətinə xüsusi stimul verir.BAKU.WS




Oxşar xəbərlər
Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat verildi - FOTO
Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları “...
