Azərbaycan diasporunun Ukraynada oğurlanan üzvü azad edilib

Azərbaycan diasporunun Ukraynada oğurlanan üzvü azad edilib
Hadisə 1405
2017-ci ilin dekabrın 11-də Kiyev şəhərində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib. O bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukraynanın Prezident Aparatına, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz effektini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.H. Abdullayevin oğlu Coşqun atasının azad olunmasında göstərdiyi köməkliyə görə Azərbaycan hökumətinə, Ukraynadakı səfirliyə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda polisə yalan məlumat verənlər tutulub

Bakıda polisə yalan məlumat verənlər tutulub

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlu...

1225 Hadisə 19:22 05 yanvar 2018

Son xəbərlər