Azərbaycanlı qardaşların Ukraynada qəhrəmanlığı: Alovlanan CİP-dən bir ailəni çıxartdılar - VİDEO

23
yan
2019
15:42
Ukraynanın Nikolayev şəhərində yaşayan Ümid və Sabir Şirinov qardaşları həyatlarını təhlükəyə ataraq alovlanan avtomobilin içindən azyaşlını, qadını və bir kişini çıxarıblar.BAKU.WS xəbər verir ki, bu barədə Adil Babayev adlı "Facebook" istifadəçisi yazıb.Onun sözlərinə görə, işdən qayıdan qardaşlar yolda açmış yük maşını görüblər. Onlar maşına yaxınlaşarkən 40-50 metr aralıqda içində uşağın ağladığı daha bir açmış və alovlanmış avtomobilin olduğunu aşkarlayıblar. Ətrafdakı insanlar artıq gec olduğunu düşünərək, alovlanan CİP-in içindəkilərə kömək etməyiblər. Lakin Şirinov qardaşları özlərini itirmədən riskə ataraq çox çətinliklə də olsa əvvəlcə uşağı, ardınca isə ananı və atanı yanan avtomobildən çıxarıb.Ailə xilas olduqdan sonra hadisə yerinə təcili tibbi yardım əməkdaşları və jurnalistlər gəlib. Şirinov qardaşları avtomobili təcili yardımın arxasınca sürərək xəstəxanayadək gediblər. Yaralıların müalicəsi üçün maddi yardım göstəriblər və həmin gündən zərərçəkmiş almış ailəyə kömək göstərirlər.Şirinov qardaşlarının özlərinin də ailəsi var və hər birinin iki uşağı var. Onlar Azərbaycanlılar Konqresinin üzvüdürlər. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Bakıda yaşlı kişinin yolda halı pisləşdi, təcili yardım maşını götürmədi - VİDEO
Bu gün səhər saatlarında Bakıda yaşlı kişinin halı pisləşsə də, onu təcili yardım maşınları xəstəxanaya aparmayıblar.BAKU.WS xəbər verir ki, bu barədə sosial şə...
