Beyons Türkiyədə həlak olanlar üçün oxudu (VİDEO)

18
iyl
2016
10:17
Dünyaca məşhur pop ulduz Beyons Amsterdamdakı konsertində ifasına başlamadan öncə qısa nitq söyləyib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, o, "bu mahnımı Türkiyədə həyatını itirən hər kəsə həsr edirəm" deyib. ABŞ-lı ulduzun konsertini izləyənlər arasında "Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau da olub.
Kabau da bu anları Instagram hesabında "Gecənin ən gözəl anları. Türkiyədə itirilmiş həyatlara həsr edilmiş bir mahnı. Təşəkkürlər, Beyons" şərhi ilə paylaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb
Türkiyədə Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb. Bu barədə Trend Haber 7 telekanalına istinadən xəbər verir. Qeyd edək ki,...