Beyons rəsmi şəkildə milyarder oldu

Beyons rəsmi şəkildə milyarder oldu
Foto
Şou-biznes 234

Məşhur müğənni Beyons rəsmi olaraq milyarder elan edilib.

BAKU.WS "Entertainment tonight"a istinadən xəbər verir ki, "Forbes" onun sərvətinin 1 milyard dolları keçdiyini rəsmi olaraq elan edib və onu milyarder adlandırıb.

Qeyd edilib ki, superulduzun "Cowboy Carter" turundan sonra sərvəti artıb.

Konsert turu zamanı sənətçi 400 milyon dollardan çox gəlir əldə edib. Bununla da Beyons, 2025-ci ilin ən çox gəlir gətirən turunun sahibi olub.

Bu tur sənətçinin 2023-cü ildəki "Renaissance World Tour"undan sonra baş tutub. Həmin konsert turu isə ifaçıya təxminən 600 milyon dollar gəlir gətirmişdi.

Bu ayın əvvəlində "Forbes" Beyonsun xalis sərvətini 800 milyon dollar olaraq dəyərləndirmiş və uzun illər davam edən uğurlarından sonra ilk dəfə milyarder həddini keçəcəyini proqnozlaşdırmışdı.

Bu maliyyə uğuru Beyonsu digər dörd həmkarı ilə birlikdə milyarderlər klubuna daxil edib. Onların arasında həyat yoldaşı Cey-Zi, eləcə də Rihanna, Teylor Svift və Brüs Sprinqstin var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı

Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı

Müğənni Atilla Taşın qızı dəfn edilib.  BAKU.WS xəbər verir ki, Mersində binanın 14-cü mərtəbəsindən düşərək həyatını itirən 34 yaşlı qızı Sezen Taş son mənzilə...

2031 Şou-biznes 18:00 09 oktyabr 2026

Son xəbərlər