Barış Arduç qızıl medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Barış Arduç yeni uğuru ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən "Milan International Open 2026 - IBJJF Jiu-Jitsu Championship" turnirində vacib uğura imza atıb.
Aktyor 85 kiloqram çəki dərəcəsində (yüngül ağır çəki kateqoriyası) çıxış edərək qızıl medal qazanıb.
Beynəlxalq arenada güclü rəqiblərlə mübarizə aparan Arduç yüksək performansı ilə seçilərək turnirin ən diqqətçəkən idmançılarından biri olub.
Barış Arduçun idmanda əldə etdiyi bu nailiyyət sosial mediada da geniş maraq doğurub və pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı
Holivud ulduzu Dueyn Conson son dövrlərdə səhhətində yaşadığı problemlər və xarici görünüşdəki dəyişikliklə gündəm olub. BAKU.WS xəbər verir ki, yeni filmi üçü...