Bakıda konsert verən Sibel Can: "İkinci vətənimdə olmaq mənim üçün şərəfdir"
Paytaxta təşrif buyuran bu dəfəki türkiyəli məşhur müğənni Sibel Can olub.
BAKU.WS xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində sevənləri qarşısında çıxış edib.
Konsertin aparıcısı tanınmış aparıcı Samir Bayramlı olub.
Sibel Can konsert boyunca sevilən və hit mahnılarını səsləndirib.
Bunlar arasında Sibelin dillər əzbəri olan "Diken mi gül mü?", "Bil diye söylüyorum", "Padişah", "Çakmak çakmak", "Kış masalı", "Suistmal", "Hayat", "Kanasın", "Tamam o zaman", "Lale devri" kimi ifaları yer alıb.
Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib. O demək olar ki, dinamik mahnıların hər birində ayrı-ayrı rəqslər edib.
İfaçı səhnədə çıxış edərək "İkinci vətənim Azərbaycanda olmaq mənim üçün şərəfdir" sözlərini qeyd edib. Sibel Can bəzi mahnılarını zalda əyləşən tamaşaçılarla səsləndirib.
Sənətçi sinə dekolteli qırmızı və parıltılı səhnə geyimi ilə əsl göz oxşayıb. Konsertə gələn tamaşaçılar Sibel Canın ifaları və rəqsləri ilə feyziyab olublar.
Sevənləri onu görmək üçün minimum 55, maksimum isə 395 AZN-lərindən keçməli olublar.
Konsert "Anadolu Events"ın təşkilatçılığı ilə reallaşıb.
Oxşar xəbərlər
Əməkdar artistdən anası ilə bağlı paylaşım
Əməkdar artist Xəyyam Nisanov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında anası ilə fotosunu paylaşıb....