Bakıda unikal dizayn məktəbi (Video/FOTO)
Bakıda incəsənət və dizayn sahəsində təhsil məqsədi üçün unikal məktəb - «Baku Design School» fəaliyyət göstərir.
BAKU.WS xəbər verir ki, məktəbin məramı yaradıcı gənclərin dizaynın bütün sahələrinə yiyələnməyə yardım etməkdir.
Hazırda «Baku Design School»da professioanllar çalışır.
Burada interyer-dizayn kursları fəaliyyət göstərir. Kuratoru isə peşəkar və öz işində uğur qazanmış interyer-dizayner Asəf Baxşiyevdir. Moda kursları - tanınmış dizayner Zümrüd Mirzəliyeva, veb-dizayn üzrə kursların kuratoru veb-dizayner İlham Kazımov, qrafik dizayn üzrə kurslar üzrə kurator tanınmış qrafik dizayner Renan Əsədov tərəfindən tədris edilir, öyrədilir.
«Baku Design School» un özəlliyi ondadır ki, burada sahəsinin peşəkar insanlar fəaliyyət göstərir.
Məktəbdə uzun illərin professionalları çalışır və öz bilik və bacarıqlarını istedadlı gənclərlə bölüşür.
Məktəbdə həmçinn yeni başlayanlar üçün də proqramlar var.
Burada həmçinin tələblərin dünyagörüşlərini artırmaq məqsədilə müxtəlif tədbirlər və ustad dərsləri keçirlir.
Məqsəd yeni nəsil gənclər arasında peşəkarlar yetişdirməkdir.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan polisi üçün yeni avtomobillər (VİDEO, FOTO)
"Bu Azərbaycanın Dövlət Yol Polisi üçün hazırladığı yeni xidməti avtomobilin dizaynıdır. Yeni layihəmi Daxili İşlər Nazirliyinə təqdim edəcəm". Bunu Milli.Az-a...