Bakıda 84 ildən sonra İLK DƏFƏ - Nazirlik açıqladı
25
okt
2018
15:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu ilki oktyabr ayı anomal isti keçir. Lakin bu il təkcə Azərbaycanda deyil, bir çox Şərqi Avropa ölkələrində oktyabr ayı mülayim isti keçir.Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.Onun sözlərinə görə, bu il Bakıda və Abşeron yarımadasında oktyabrın I, II və III ongünlüyünün I yarısında havanın orta temperaturu 19,1 dərəcə isti olub. Bu da çoxillik iqlim normasından 3 dərəcə yüksəkdir.U.Tağıyeva qeyd edib ki, havanın orta temperaturunun çoxillik iqlim normasından 3 dərəcə yüksək olması anomal sayılsa da, bu göstərici rekord sayılmır: "120 illik meteoroloji müşahidələrə əsasən, Bakıda və Abşeron yarımadasında oktyabr ayının ən isti keçdiyi dövr 1934-cü il olub. Həmin ayda havanın orta aylıq temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub".Son onilliklərə gəldikdə, U.Tağıyeva əlavə edib ki, 2012-ci il ərzində bütün oktyabr ayı ərzində havanın temperaturu iqlim normasından 3,1 dərəcə yüksək olub.BAKU.WS
Oxşar xəbərlər
Bu gün Bakıda anomal hava olacaq - Bu insanlar diqqətli olsun!
Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.BAKU.WS xəbər verir...