Bakıda 65 yaşlı kişinin hərəkəti şoka saldı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə Bakı da daxil olmaqla ölkənin hər yerinə yağan qar çoxlarının qayğısını artırıb.
BAKU.WS xəbər verir ki, paytaxt sakinlərindən biri belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü qarın üzərinə atıb.
Bu həyəcanlı anları oğlu telefonla çəkərək bölüşüb.
Paltarını çıxarıb, özünü ayaqyalın qarın üzərinə atır. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir. Güclü qar 65 yaşlı İsgəndər Mirzəyevi sevindirib.
Keçmiş hərbçi bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür...
Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastika ilə hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Qardan sonra Bakı yolları acınacaqlı vəziyyətə düşdü (VİDEO)
Bakıda bir neçə gün durmadan yağan qarın əriməsi nəqliyyatın və piyadaların hərəkətində bir sıra çətinliklərin yaranmasına gətirib. BAKU.WS xəbər verir ki, pay...