Bakıda 50 qəpikdən 15 manatadək istirahət edə biləcəyiniz 10 yer (SİYAHI)

Bakıda 50 qəpikdən 15 manatadək istirahət edə biləcəyiniz 10 yer (SİYAHI)
Şou-biznes 9729

Manatın "ölmə”si, dolların isə qalxması, qiymətlərin bahalaşması insanlarda belə bir fikir formalaşdırıb ki, daha işdən sonra, yaxud qeyri-iş günlərində əyləncə mərkəzlərinə yollanmaq olmaz. Çünki "cib yandıran” qiymətlər gündən-günə artmaqdadır.

BAKU.WS insanlarda "istirahət bahadır” stereotiplərini qırmaq məqsədilə alternativ variantar təqdim edir.

Beləliklə, təqdim etdiyimiz 10 istirahət məkanında qiymətlər 15 manatdan yuxarı deyil.

1. Kinoteatrlar

 

Hər həftə paytaxt kinoteatrlarında yerli, əcnəbi, rus və ya Türkiyə istehsalı olan müxtəlif janrlı filmlər təqdim olunur. Yəni hər zövqə uyğun filmə baxmaq mümkündür. Biletlərin qiyməti isə saat 10:00-dan 12:00-dək  2D – 3AZN, 3D – 4AZN, 12:00-dən 18:00-dək  2D – 5AZN, 3D – 6AZN, 18:00-dən sonuncu seanslar isə 2D – 6AZN,  3D – 7AZN-dir.

2.  Portal Games

 

Bu oyun sizi və dostlarınızı gündəlik stresdən çıxarmaq üçün ən yaxşı vasitədir. Oyunun şərtləti çox sadədir: 2-6 nəfərdən ibarət komanda yaradılır. Burada diqqətli olmaq və istənilən durumda tez vəziyyətdən çıxmaq lazımdır. Oyunçu qapalı otaqda olur və ağlı, dərrakəsi sayəsində oradan çıxmağa çalışır. Qalib olmaq üçün isə bir saat ərzində otaqdan çıxmaq gərəkdir. Bu oyunu oynamaq üçün isə qiymət 12-16 manat arasında dəyişir.

3. Peyntbol

 

Bu oyun da komanda şəklində həyata keçirilir. Peytnbol həvəskarları "Ulduz” metrosu yaxınlığında yerləşən meydançaya yollana bilərlər. Bu oyun üçün komanda ən azı 10 nəfərdən ibarət olmalıdır. Adamın biri 10 manatdır (Bu qiymətə 100 güllə, geyim və oyunun sonunda pulsuz çay daxildir).

4. Boulinq 

 

Ucuz istirahət deyəndə ağıla boulinq oyunu da gəlir. Paytaxtın əksər əyləncə mərkəzlərində boulinq zallarına rast gəlmək mümkündür. Bu idman növü də olduqca əyləncəlidir. Ailə üzvlərinizlə və dostlarınızla gözəl həftə sonu keçirmək istəyirsinizə, mütləq boulinq zalına yollanın. Adambaşına 10 AZN xərcləməli olacaqsınız.

5. Teatrlar

 

Yox, əgər siz ruh adamısınızsa, mənəvi dinclik istəyirsinizsə teatra yollanın. Bakıda yeni tamaşalar səhnələşdirilən teatrlar kifayət qədərdir. Paytaxt teatrlarında hər büdcəyə uyğun tamaşa tapmaq mümkündür. Kukla teatrında biletin qiyməti cəmi-cümlətani 3 AZN təşkil edir.

6. "50 Qəpik” adlı Çay evi

 

"28 May” metrostansiyası yaxınlığında, Süleyman Rüstəm küçəsində yerləşən "50 Qəpik” adlı Çay evi yerləşir. Burada bir finçan çayın qiyməti 50 qəpikdir. Bu çay evində soyuq qış günlərində dostlarınızla oturub, isti çay içib, qızına bilərsiniz.

7. Kafelər

Bakıda həmçinin çox sayda kafelər var ki, burada adam başına 10 AZN xərcləməklə, istirahət etmək mümkündür. Buna misal olaraq, "Entree", "Rama Sandwich Cafe", "Bazaar Delights Cafe" və başqalarını göstərmək olar. Burada 10 AZN ödəməklə dadlı və doyunca yemək olar.

8. Buz meydançası

 

Vaxtı əyləncəli keçirmək üçün buz meydançalarına da getmək olar. Bakıda konki sürmək üçün "ICE” və "Megafun”a yollanmaq lazımdır.

 Qiymətlər:

"ICE” buz meydançasında 15 dəqiqə - 5 AZN, 30 dəqiqə  - 8 AZN, 1 saat - 15 AZN-dir.

"Megafun”da - 10 dəqiqə - 5 AZN, 30 dəqiqə - 10 AZN, 1 saat - 15 AZN-dir.

9. "Soyuq Əllər, İsti Ürək” qış yarmarkası

 

Artıq bir neçə ildir ki, Fontonlar Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirilir. Bax bu yarmarkada sadəcə, gəzmək olar. Burada gəzən zaman adam özünü sanki nağıllar aləminə düşmüş kimi hiss edir. Yarmarkada əməlli-başlı Yeni il ab-havası hiss olunur. 

10. Muzeylər

 

Gününüzü və ya həftə sonunuzu xoş keçirmək məqsədilə siz paytaxtda yerləşən muzeylərə də yollana bilərsiniz. Bunun üçün isə 2 AZN xərcləyəcəksiniz.

Və sonda əlavə edək ki, biz sizə ucuz, eyni zamanda səmərəli istirahətin yolarını göstrəməyə çalışdıq. Ümid edirik ki, bələdçisi olduğumuz bu yazı az da olsa istirahət seçimində yardımçınız olacaq.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Aysel Şirinzadə

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər