Bakı metropolitenində Wi-Fi olacaq
20
sen
2017
13:15
“Azərtelekom” MMC Bakı metropoliteninin qatarlarında “Wi-Fi” şəbəkəsinin yaradılmasını təklif edir.BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli “Caspian European Club”ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.Onun sözlərinə görə, “Azərtelekom” bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib: “Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq”.S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Fuad Allahverdiyev "Azərtelekom"un baş icraçı direktoru təyin olundu
"Azərtelekom" MMC-nin rəhbəri dəyişib. Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib. F. Allahverdiye...