Fuad Allahverdiyev "Azərtelekom"un baş icraçı direktoru təyin olundu

Fuad Allahverdiyev Azərtelekomun baş icraçı direktoru təyin olundu
İqtisadiyyat 4403

"Azərtelekom" MMC-nin rəhbəri dəyişib.

Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev  faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Azərtelekom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. "Azərtelekom" şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları "Azərfon" MMC (95%), "Aztelekom" MMC (2,5%) və "Bakı Telefon Rabitəsi" MMC-dir (2,5%).

©APA

BAKU.WS

Oxşar xəbərlər

Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu

Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu

Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikası...

50148 Siyasət 16:38 17 aprel 2017

Son xəbərlər