Yasamalda 7-10 min nəfərlik ucuz mənzillər tikiləcək

Yasamalda 7-10 min nəfərlik ucuz mənzillər tikiləcək
Sosial 2264
 

Beynəlxalq təcrübəyə və Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda sosial evlər ümumi mənzil bazarının 10%-dən çox ola bilməz. Biz bunu nəzərə almışıq.

BAKU.WS-in "Report"-a istinadən verdiyi xəbərdə bildirilir ki, bunu "Caspian European Club"un üzvləri olan biznes nümayəndələri ilə görüşündə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, bu, bazarda rəqabət üçün vacibdir. 

S.Nuriyev onu da deyib ki, hazırda inşa olunan Yasamal Yaşayış Kompleksində 7-10 min insan məskunlaşacaq: "Kompleksin ərazisi 11,6 hektardır. Burada 29 bina olacaq. Həmçinin bundan əlavə qeyri-yaşayış sahələri də tikiləcək. Biz bu prosesə biznes nümayəndələrini də dəvət edirik. Komplekslərin tikintisində MİDA birbaşa iştirak etməyəcək. Bizim işimiz yalnız prosesə nəzarət etmək olacaq". 

Qurum rəsmisi komplekslər üçün ərazi seçimində orada yaşayacaq insanların işə çatma vaxtının da nəzərə alındığını deyib: "Hesablamalarımıza görə həmin kompleksdə yaşayan insnaların öz iş yerlərinə çatma vaxtı maksimum 40-45 dəqiqə olacaq".

BAKU.WS

Son xəbərlər