Baş ağrısı zamanı gicgahlara çəkin... TƏBİİ ÇARƏ

Baş ağrısı zamanı gicgahlara çəkin... TƏBİİ ÇARƏ
Şou-biznes 1692

Siz də başınız ağrıyan kimi mütləq ağrıkəsici qəbul edirsiniz? Artıq buna ehtiyac qalmayacaq.

BAKU.WS xəbər verir ki, baş ağrısı zamanı dərhal dərmana əl atmaq lazım deyil. Bəzi ziyansız təbii vasitələr baş ağrısını çox yaxşı azaldır. Bu vasitələrdən biri də nanə efir yağıdır. Baş ağrısı zamanı yağı gicgahlara və ənsə nahiyəsinə çəkib yüngül massaj edin və sakit qaranlıq yerdə bir az uzanın. 

Tez bir zamanda baş ağrısının azalmasını hiss edəcəksiniz. Nanə yağından əlavə limon, bibəriyə, lavanda, qızılgül efir yağları da baş ağrıları zamanı çox effektlidir.

Onu da əlavə edək ki, baş ağrınız intensivdirsə, mütləq həkim mütəxəssisə müraciət edin.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər