Şampuna 2 həb “Aspirin” əlavə edin və...

Şampuna 2 həb “Aspirin” əlavə edin və...
Şou-biznes 4503

Qış fəslində saçlar soyuq havanın təsirindən cansızlaşır.

Odur ki, qızmar yay aylarında olduğu kimi, qışda da saçlara xüsusi qulluq göstərmək gərəkdir.

BAKU.WS xəbər verir ki, bunun üçüçn "Asprin”dən istfadə etmək olar. Bildiyiniz kimi, "Aspirin” ağrıları azaldır və qanı duruldur. Həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər.

Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur. "Aspirin”lə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.

2 həb "Aspirin”i yaxşı əzin, 1 dolu xörək qaşığı şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Sinəni necə böyütmək olar? – Məsləhətlər

Sinəni necə böyütmək olar? – Məsləhətlər

Gözəllik qurban tələb edir... Bu deyimi əbəs yerə işlətmədik. Çünki qadınlar bütün dövrlərdə gözəlləşmək uğrunda bir çox "qurbanlar” verməkdən çəkinməyiblər. B...

6371 Şou-biznes 11:47 23 noyabr 2016

Son xəbərlər