Payızda dəriyə və saça necə qulluq etməli? (5 MƏSLƏHƏT)

Payızda dəriyə və saça necə qulluq etməli? (5 MƏSLƏHƏT)
Şou-biznes 2141

Payız fəsli, yayın qızmar günlərindən, dənizdən ziyan çəkən dərinin, həmçinin saçların bərpası üçün ən yaxşı zamandır. 

Odur ki, BAKU.WS oxucularına 5 asan məsləhət təqdim edirik: 

Məsləhət N:1

Hər gün acqarına 1 çay qaşığı kətan toxumu yeyin. Onu bir stəkan su ilə yavaş-yavaş udun.  Bu nəyə kömək edir? Orqanizmi təmizləyir ki, bunun da sayəsində dəri daha hamar və təravətli olur. Hətta siz az, amma sağlam formada arıqlaya da bilərsiniz. Bu yolla saçlar və dırnaqlar da möhkəmlənir. 

Məsləhət N:2

Hər gün çuğundurdan hazırlanan salatlar yeyin. Bunu səhər, həm də axşam yeməyində qəbul etmək olar. Çuğundur qan təmizləmək üçün əla vasitədir. Təmiz qan isə gözəl xarici görünüşün əsas şərtidir. Bu üsul həm də daxili orqanların fəaliyyəti üçün faydalıdır. 

Məsləhət N:3

Hər gün yatmazdan bir saat öncə üzünüzə qliserin ilə vitamin E qarışığı çəkin. Hazırlaması isə çox sadədir. 30 qram qliserinə 10 kapsul vitamin E əlavə edin və qarışdırın. Adıçəkilən hər iki məhsulu apteklərdən ucuz qiymətə tapmaq olar. Kremi çəkməzdən əvvəl üzünüzü təmiz təmizləyin və fırça ilə yüngülcə masaj edin. Belə olanda, krem hüceyrələrə tamamilə sorulur.

Nəticə özünü çox göstərməyəcək - qırışlar yox olacaq, dəri rəngi balanslaşacaq. Xüsusilə göz ətrafında bunu hiss edəcəksiniz.

Məsləhət N:4

Hər gün azı 50 qram qoz yeyin. İki həftədən sonra saçlar və dırnaqlarınız sizə çox sağ ol deyəcək. 

Məsləhət N:5

Üç gündən bir saçlarınız üçün toz xardaldan maska edin. Toza yaxşı olarkı ayıpəncəsi və ya buğda yağı əlavə edərək sıyıq halına gətirin.  Nəm saçda 20-30 dəqiqə saxlayın. Bir aylıq müntəzəm istifadədən sonra saçlar həm daha uzun, həm parlaq, həm də sağlam olacaqlar.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Siqareti tərgitmək istəyənlərə MENYU: 20 gün ərzində iki qaşıq...

Siqareti tərgitmək istəyənlərə MENYU: 20 gün ərzində iki qaşıq...

Bir çox insan siqareti tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlir, digərləri isə siqaretə məğlub olurlar. La...

4742 Şou-biznes 19:06 07 sentyabr 2016

Son xəbərlər