Azərbaycanlı milyarderin 70 metrlik yaxtası - FOTO
Hollandiya istehsal etdiyi ən böyük yaxtanı suya buraxıb.
BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu lüks yaxtanın ölçüsü nə az, nə çox düz 70 metrdir.
Hələlik onun sahibinin adı və qiyməti açıqlanmır. Amma yaxtanın azərbaycanlı neft maqnatı, "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun sifarişi olduğu iddia edilir.
Yaxta "Heesen Yachts" şirkəti tərəfindən hazırlanıb. 70 metrlik "Galactica Super Nova" nəinki ən böyük yaxtadır, həm də öz sinifində ən sürətlidir. Korpusunun xüsusi forması sayəsində o bu imkana sahib olub. Yaxtada üçüncü mühərrik quraşdırılıb.
Onun dizaynının müəllifi isə Espen Oeqnodur.
Bu yaxtada 6 kayuta var. Kayutalarda 12 qonaq yerləşdirmək mümkündür. Kayutları bütün lazımı avadanlıqla, gümüş bəzək əşyalarına qədər hər şeylə təchiz olunacaq. Yaxtanın göyərtəsində su tutumu 13500 litr olan hovuz da var.
İndi yaxta Şimal dənizində sınaqdan çıxarılmalıdır. Bundan sonra o ilk səfərinə çıxacaq - Niderlanddan, Monteneqroya qədər.
Yaxta geniş ictimaiyyətə "Monaco Yacht Show" sərgisində nümayiş ediləcək. Sərgi isə bu ilin sentyabr ayında başlayacaq.
Daha öncə adıçəkilən azərbaycanlı milyarderin eyni şirkətdən yaxta alması barədə məlumatlar yayaılmışdı. V.Ələkbərovun öncəsi yaxtası isə 50 metrlik "Galactica" olub.
Şirkətin müştəriləri arasında bir sıra başqa milyarderlər də var. Məsələn, Süleyman Kərimov. O, 2013-cü ildə inşa edilən 36 metrlik yaxtasını "Millenium" adlandırıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı oliqarx 2.2 milyon dollara Krımda torpaq aldı
Krımın Rusiyanın tərkibinə qatılmasından bəri ilk dəfə yarımadada kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılıb. Virtualaz.org xəbər verir ki, hüquqi baxımd...