Azərbaycanlı oliqarx 2.2 milyon dollara Krımda torpaq aldı
Krımın Rusiyanın tərkibinə qatılmasından bəri ilk dəfə yarımadada kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılıb.
Virtualaz.org xəbər verir ki, hüquqi baxımdan Ukrayna dövlətinin mülkiyyətində olan 36 hekardan çox torpaq sahəsini azərbaycanlı oliqarx, "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov alıb. Torpaq sahəsi bundan əvvəl üzümçülük müəssisəsinin balansında olub. Torpaq sahəsinin satış qiymətinin olduqca aşağı olduğu bildirilir.
Ukrayna mənbələrində yer alan xəbərə əsasən torpaq sahəsini hələ yanvarın sonlarında hərracda satıblar. Vahid Ələkbərov 36.4 hektar torpaq üçün cəmi 163 milyon rubl (təxminən 2.2 milyon dollar) ödəyib. Lakin Krımda torpağın sotunun bazar qiyməti nəzərə alınanda bu məbləğ olduqca aşağı hesab edilir. Bununla belə V.Ələkbərov torpağı almaqla riksə gedir.
Çünki Krıma qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. Görünür qiymətin nisbətən aşağı olmasının səbəbi də bu riskin nəzərə alınmasından irəli gəlir. Krım hakimiyyəti qiyməti ucuz müəyyən edərək potensial müştəriləri cəlb etmək istəyir.
Jurnalistlər araşdırıblar ki, hərracın nəticəsində torpaq sahəsini Moskvada qeydiyyatdan keçmiş "Elias” MMC alıb. Bu MMC-in təsisçisi Marina Gennadyevna Romaniçevdir. Həmin şəxs eyni zamanda Vahid Ələkbərovun təsis etdiyi "Bizim gələcək” sosial proqramının rəhbəridir.
Torpaq alqı-satqısının sxemi olduqca mürəkkəbdir. Oliqarxın şirkəti bu məqsədlə bir neçə qurama firmadan istifadə edib. İndi jurnalistlər Ələkbərovun barəsində Ukrayna hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin açılmasını gözləyir.
BAKU.WS
Oxşar xəbərlər
Ev tikmək istəyənlərin nəzərinə: torpaq bahalaşacaq
Dünyada baş verən iqtisadi vəziyyət fonunda ölkənin mənzil bazarında qiymətlərin yüksək olması alıcıların azalması torpaq bazarına marağını nisbətən artırıb. B...