Azərbaycanlı aktrisanın qızının toyunda vur-çatlasın: "Bəylə gəlinin romantik rəqsi" - FOTO

Azərbaycanlı aktrisanın qızının toyunda vur-çatlasın: Bəylə gəlinin romantik rəqsi - FOTO
Şou-biznes 8885

Azərbaycanlı aktrisanın qızının toyu baş tutub. 

Milli.Az-a daxil olan məlumata görə, dünən restoranlardan birində Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rejissoru Savaş Çıkrak ilə toyu baş tutub. Toya bir çox sənət adamları qatılıb. Açıq havada baş tutan toy gecə saat 1-ə kimi davam edib.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O, həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır. Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir - FOTO

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir - FOTO

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə qurur. Milli.Az-a daxil olan məlumata g...

4589 Şou-biznes 11:09 15 iyun 2017

Son xəbərlər