Azərbaycanlı 3D animator:"Animasiya filmləri üçün müraciətlər etdik, lakin diqqət edən olmadı" - MÜSAHİBƏ (FOTO, VİDEO)

Azərbaycanlı 3D animator:Animasiya filmləri üçün müraciətlər etdik, lakin diqqət edən olmadı - MÜSAHİBƏ (FOTO, VİDEO)
Video
Şou-biznes 1816

İbrahimli Nicat 1994-cü İldə Bakı şəhərində dünyaya gəlib. N.İbrahimli 2D-3D animator kimi fəaliyyət göstərir. Məktəb vaxtlarında 3D proqramlarını öyrənməyə başlayıb. Elə o vaxtlardan həvəskar kimi kliplər çəkib, montaj edib, 3D animasiyalar düzəldib. Tarixən baş vermiş hadisələr haqqında sənədli filmlər hazırlayır. 

BAKU.WS Nicat İbrahimli ilə müsahibəni təqdim edir.

- İlk dəfə bu işə maraq sizdə hardan yaranıb? Xüsusi bir tarixçəsi var?

- Xüsusi tarixçəsi yoxdur, uşaqlıqdan sənədli filmləri çox xoşlamışam. Həmişə istəmişəm ki, mənim də sənədli filmlərim olan bir saytım olsun. Sayt olmasa da, kanal oldu.

- Gələcəkdə sayt yaratmağı düşünürsünüz?

- İzləyici kütləmiz çox olduğu zaman sayt və saytın daxilində forum yaratmaq fikrimiz var.

- Bəs sənədli film necə?

- O da olacaq. Sadəcə hər şey izləyicilərin artmasından asılıdır. Onsuzda, biz bir qorxu filminin teaserini paylaşmışıq kanalda, yaxın zamanda filmin də çəkilişləri olacaq.

- Bildiyiniz kimi Azərbaycanda animasiya filmləri, ümumiyyətlə multfilm demək olar ki, yox səviyyəsindədir. Bu sahədə nəsə etmək fikriniz var? Bununla bağlı təkliflər hazırlayıb təqdimat etməyi planlaşdırırsınız?

- Bu barədə bir neçə təklif hazırlayıb müəyyən yerlərə göndərmişik, lakin diqqət edən olmayıb. Ona görə də özümüz, heç bir büdcəsi olmayan animasiya çəkmək fikrimiz var. Hazırda ssenarisi hazırlanır. Sadəcə bu animasiysa bilinməyən görüntülərə aiddiyatı olmayacaq və bilinməyən görüntülər komandasının heç bir üzvü ilə əlaqədar deyil. Sadəcə özüm digər komanda ilə işləyəcəyəm.

- Animasiya qəhrəmanlarınız real personajlardır? Xaricdə belə bir şey var.

- Xeyr real deyil. Təxəyyülümüzün məhsuludur deyək. 

- Niyə də real bir personajı animasiya qəhrəmanı etməyəsiniz?

- Çünki, cizgi filmimiz biraz fantastikdir. Necəki mənim ilk çəkdiyim cizgi filmdə ağac və quş başqəhrəman idi.

- "Ben Ten" də fantastikdir. Amma real personajlar var...

- Ola bilər, amma bizdə real personaj yoxdur. Bəlkə də gələcəkdə olar.

- Yəni gələcək planlarınızda var?

- Bəli, var... 

- Sizdə ancaq sənədli filmlər və animasiyalardır? Hər hansısa bir romanı, ya da tarixi bir hadisəni ekranlaşdırmaq, onun haqqında film çəkmək kimi planlarınız yoxdur? Sənədli film yox, sadəcə film.

- Film çəkmək asan deyil, çünki ora həm büdcə, həm də yaxşı aktyorlar lazımdır. Təbii ki, yaxşı rejissor və digərləri. Ona görə də hələ fikrimizdə yoxdur. Animasiyanın yaxşı cəhəti odur ki, onu hazırlayarkən çox düşünmək olur və dəyişmək mümkündür. Filmdə isə bir dəfə çəkildi, əgər yerindəcə dəyişdin-dəyişdin. Yoxsa montaja qalanda artıq gec olur.

- Maliyyə dəstəyi üçün müraciətlər etmisiniz?

- Bəli, etmişik. Amma diqqət etməyiblər.

- Sənədli filmlər üçün məlumatları əsasən harda tapırsınız?

- Google-da xarici mənbələrdən tapırıq. Çünki Azərbaycan dilində mənbə çox azdır.

- Bir az da Bilinməyən görüntülərdən danışın...

- "Bilinməyən Görüntülər"i 2015-ci  ildə 5 avqust mən yaratmışam. İlk vaxtlar Facebook səhifəsi kimi fəaliyyət göstərirdi, sonra Youtube kanalı da açıldı və ən əsas güc kanala verildi. Xarici mənbələrdən tapdığımız məlumatları Azərbaycan dilinə tərcümə edib, studioda səsləndirib video hazırlayırıq. Tam bir sənədli film kimi. Əsas da Azərbaycanda Youtube inkişaf etmədiyinə görə, çalışırıq ən azlndan Azərbaycanda da gündəlik video istehsal edən kanal olsun. Bu gün kanalımızın abunə sayı 1000-ə çatdığı üçün xüsusi bir soundtrack da yazdırdıq və kanalda paylaşdıq, izləyicilər də bəyəndi. Hədəfimiz və məqsədimiz Azərbaycanda youtube üzrə ön sıralarda olmaqdır.

BAKU.WS

 

Oxşar xəbərlər

Dünyanın ən məşhur azərbaycanlısının doğum günüdür (VİDEO)

Dünyanın ən məşhur azərbaycanlısının doğum günüdür (VİDEO)

Bu gün dünya futbol tarixinə "Qızıl fit” almış yeganə laysman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun doğum günüdür. BAKU.WS-in məlumatına görə,...

1626 İdman 12:45 29 yanvar 2016

Son xəbərlər