Azərbaycanda “piy biznesi” - Məşhurların xərclədiyi pullar
Son illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.
Bəs liposaksiya nədir?
BAKU.WS-in məlumatına görə, liposaksiya "lipos – yağ” və "suction – sovurmaq” sözlərinin birləşməsindən yaranıb, "vakuumla piy sovurmaq” mənasını verir. Liposaksiya əməliyyatı bədinin müəyyən hissəsindəki piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi sadəcə bədəni şəkilləndirməkdir, yəni çəki atmaq üçün sağlam bir yol deyil. Bədənin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb, vakuum yaradılaraq uzaqlaşdırılır. Nəticədə həmin nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.
Vakuumla piy sovurmaq üsulu ilə arıqlayan məşhurların adları mətbuatda çox yayımlanıb.
"Qafqazinfo"nun məlumatına görə, onlar arasında daimi olaraq bu cərrahi müdaxilədən istifadə edənlər də var. Məsələn, Xalq artisti Aygün Kazımova qarın və bel piylərindən azad olmaq üçün hər il bu üsuldan istifadə edir.
Elə onun qızı İlqarə Kazımova da bir neçə həftə bundan əvvəl anası kimi bel və qarın nahiyəsindəki piylərdən azad olub. Onun bədənindən ümumi olaraq 8 litr piy çıxarılıb.
Bundan əvvəl isə rəqqasə Fatimə Fətəliyeva liposaksiya etdirənlər karvanına qoşulub. Rəqqasə də qarın nahiyəsindəki piylərindən canını qurtarıb.
Əməkdar artirst Lalə Məmmədova da son günlər arıqlamağı ilə diqqət çəkən məşhurlardandır. Müğənni də artıq çəkilərindən azad olmaq üçün asan üsula əl atıb-liposaksiya etdirib.
Elə bir neçə gün bundan əvvəl Təranə Səmədova liposaksiya ilə artıq çəkilərindən xilas olub. Prodüserin bədənindən 6 litrə yaxın piy çıxarılıb.
Ancaq liposaksiya edən zaman istədiyi nəticəyə sahib olmayanlar, hətta dünyasını dəyişənlər var.
Məsələn, məşhur müğənni-aktrisa Reyhan Müslümova artıq çəkidən azad olmaq üçün vakuumla piylərini sovurmaq eşqinə düşür. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb.
Liposaksiya üçün məşhurlar sözün əsl mənasında kisələrinin ağzını açıblar.
Belə ki, tanınmışların müraciət etdiyi klinikalarda bədənin hər bir nahiyəsindən piyin yığılması məqsədilə minimum 3-4 min AZN tələb edilir. Məsələn: bel və qarın nahiyəsi üçün qadınlar 6-8 min manat pul ödəməli olurlar. Bel, qarın, ayaq, sinə üçün isə 12-16 min AZN vermək şərtdir.
Liposaksiyanın hansı zərərləri var?
Liposaksiya əməliyyatı zamanı maksimum 6 litr piyin götürülməsi mümkün olsa da, bir çox cərrahlar artıq tamah göstərərək daha artıq piy xaric edir, bu da orqanizmdə maye balansının pozulmasına və bu da öz növbəsində xəstənin ölümünə gətirib çıxarır. Bədəndən artıq yağların götürülməsi təhlükəlidir. Çünki bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur. Plastik əməliyyat zamanı müəyyən bir hissədən yağ götürülürsə, piy mübadiləsi, karbohidrat, zülal mübadiləsi də pozulur, orqanizm özünü bərpa edə bilmir.
Əlavə edək ki, plastik əməliyyat keçirən insanlar gec-tez nevroloji və psixoloji sarsıntı keçirirlər. Əməliyyatlar zamanı insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstəliklərin əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.
BAKU.WS
Oxşar xəbərlər
6 kq piyi çıxarılan prodüserin əməliyyatdan sonrakı halı (VİDEO)
Bir neçə gün öncə liposaksiya (Piy sovurma əməliyyatı) etdirən tanınmış prodüser Təranə Səmədova evə buraxılıb. BAKU.WS xəbər verir ki, lent.az-ın foto-kamera...