Azərbaycanda kreditlə ət satışı (VİDEO)

Azərbaycanda kreditlə ət satışı (VİDEO)
Video
Şou-biznes 1742

 

Azərbaycanda bir qəssab ətin kreditlə satışına başlayıb. 

BAKU.WS-in məlumatına görə, Rauf Piriyev adlı şəxs Qubada vətəndaşlar üçün yeni xidmət göstərməyə başlayıb. Evinə ət ala bilməyənlərə yeni imkan yaradan qəssabın bu addımı Qubada böyük marağa səbəb olub. 

Kreditlə ət almaq üçün iş yerindən arayış və şəxsiyyət vəsiqəsi kifayət edir. Ətin kreditini öz nisyə dəftərində rəsmiləşdirən Rauf kişi satışlardan məmnun olduğunu bildirir.

2 mindən çox sürüsü olan qəssab gün ərzində 30-35 heyvan kəsdiyini söyləyir: "Hər gün nisyə alırdılar əti. Gördüm belə alınmır, başladım əti kreditlə satmağa. İmkanı olmayanlara bu yolla şərait yaradıram".

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tələbələrə şad xəbər: təhsil haqqını kreditlə verəcəklər

Tələbələrə şad xəbər: təhsil haqqını kreditlə verəcəklər

"Bu ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi...

1198 Sosial 11:10 13 oktyabr 2015

Son xəbərlər