Jeep Mərkəzi manatla kreditləri bərpa etdi
Chrysler-Dodge-Jeep Mərkəzi manatla kreditləri bərpa edib.
Bu barədə Jeep avtomobillərinin yeni kampaniyasıda bildirilir. Mərkəzdə Jeep Grand Cherokee avtomobillərinə 4000 manat endirim təqdim edilir və bu model indi 50000 AZN-ə əlçatandır.
Jeep adına bağlı olanlar üçün ən maraqlı xəbər isə budur - Jeep-in həm Grand Cherokee, həm də digər modellərini burada manatla kreditlə əldə etmək artıq mümkündür. Qeyd edək ki, Chrysler-Dodge-Jeep Mərkəzi Jeep brendinin uğurlu təmsilçiliyinə görə "İlin dileri” seçilib. Bu ad Mərkəzə XIV Caspian Motor Show çərçivəsində təqdim edilib. Mükafatın təsisçisi Azərbaycan Avtomobil Dilerləri Assossiasiyasının prezidenti Natiq Zərbəliyev Jeep təmsilçisinin qalibin seçimində əsas olan meyarlara üstünlüklə cavab verdiyini bildirib.
"Jeep mərkəzi brendin beynəlxalq standartlara uyğun satış və servis xidmətlərini göstərməklə yanaşı, avtomobil sahibləri ilə səmimi, qeyri-formal ünsiyyət qura bilib” – deyən N.Zərbəliyev Mərkəzin il ərzində fəaliyyətləri sırasında Jeep sahiblərini birləşdirən maraqlı marketinq və reklam kampaniyalarını, ölkənin tarixi və gəzməli yerlərinə maraqlı Jeep-turları, sosial yönümlü layihələrdə (futbol azərkeşlərinə dəstək və s.) iştirakını xatırladıb. "Qızıl Çarx" mükafatı 2003-cü ildə təsis olunub. Hər il 10 nominasiyada rəsmi avtomobil sektorunun nümayəndələrinə təqdim olunur.
Mükafat ölkədə sivil avtomobil bazarının formalaşması naminə avtomobil diler və distrbyutorlarının fəaliyyətində əlavə stimul rolunu oynayır. Qaliblər AADA daimi ekspertləri arasında sorğu əsasında seçilir. Qeyd edək ki, Jeep brendini Azərbaycanda 20 illik fəaliyyəti ilə ölkənin avtomobil bazarının liderlərindən olan Auto Azərbaycan şirkəti təmsil edir.
BAKU.WS
Oxşar xəbərlər
Tam yeni Hyundai Tucson ilin krossoveri seçildi
Hyundai brendi tam yeni Hyundai Tucson modelinin ölkə premyerasını keçirib. Bu ilin martında Cenevrədə avtomobil həvəskarlarının "mühakiməsinə” təqdim olunan ye...