Azərbaycan efirində ilk dəfə- Suyun altında... - AÇIQLAMALAR
10
avq
2018
18:47
Yeni mövsüm yaxınlaşır. Bəs televiziya tamaşaçılarını bu mövsümdə hansı yeniliklər gözləyir? BAKU.WS xəbər verir ki, metbuat.az bu sualla bir neçə tanınmış aparıcıya müraciət edib.ARB TV-nin Rövşanə Bektaşi isə hələlik istirahətdə olduğunu bildirdi: “Hazırda istirahətdəyəm. Bir az Almaniyada dincəldim, indi də Azərbaycanın bölgələrində - Qəbələ, Qax, Şəki, Balakəndə istirahətimi davam edirəm. Yeni layihə əlbəttə olacaq.Avqust ayının sonunda bunu dəqiq biləcəyik”.ATV kanalının aparıcısı Mətanət Əliverdiyeva yeni sezona yüksək enerji ilə hazırlaşdığını dedi: “Biz dayanmadan həvəslə işləyirik. “5 gəlin” üçün tamam fərqli bir anons çəkirik. Fərqli ampulada təqdim olunacaq. Dənizdə sualtı çəkilişlərimiz gedir. Çox maraqlı bir işdir. Görəcəksiniz. Əslində çox sevinirəm. 2 il müddətində “5 gəlin” çox şey etdi. Artıq analar özləri maraqlıdır ki, qızları bizim layihədə iştirak etsinlər. Bizim layihədə o qədər evdarlıq öyrənirlər ki... Elə mən özüm də çox şey öyrənirəm”.Lider TV-nin aparıcısı Aynur Vəliqızı bu mövsümdə maraqlı işlər görəcəyini dedi: “Aparıcı oldugum üçün ilk növbədə görünüşümdə dəyişiklik etmək, qarderobumu yeniləmək istəyirəm. Əslində iş baxımından əsaslı bir dəyişiklik olmayacaq. Çünki xəbər aparıcısı olduğum üçün müəyyən çərçivə var və onunla hərəkət edirəm. Ancaq yeni sezonda fərqli bir şey olacaq ki, ilk professional fotosessiyam çəkiləcək. Bəlkə də qeyri-adi obrazlarda görünəcəm. Və ilk dəfə olaraq uzun illər ərzində yazılmış şerlərimi kitab şəkilində tamaşaçılara təqdim etmək istəyirəm. Müəyyən hədəflərim var, yeni mövsümdə onlara çatmağa çalışacam. Təbii ki, tamaşaçılar yenilik olan kimi biləcəklər. Məqsədimiz bu mövsümdə daha operativ, daha dolğun xəbər çatdırmaqdır. Ola bilər şəxsən özümlə bağlı piar və tanıtım kampaniyasına start verilsin. Çünki günümüzdə xəbərlərə məhz aparıcının sima olmasına görə də baxılır. Əksər planlar təbii ki, dogma məkan Lider TV ilə bağlıdır. Yeni layihələrim olsa, yenə də “Lider”də olacaq”.ARB TV-nin aparıcısı Sayqa Cahid möhtəşəm bir layihə üzərində işlədiyini bildirdi: “Avqustun 13-də kanalımızda toplantı olacaq. İnşallah, ordan bilinəcək proqramım yeni sezonda necə olacaq. Verilişim yeni sezonda bir həftənin bir neçə günü olmalıdır. Bu il də əla istirahət etdim. Deyərdim, neçə ildir belə istirahət etməmişdim. Daha doğrusu, həm işlədim, həm də istirahət etdim. Səbinə Selcana yeni maraqlı proje edirəm. Çox möhtəşəm və uğurlu iş olacaq. Türkiyənin məşhur söz, musiqi yazarının işindən istifadə edirik. Klipi də çəkdiririk. Tamaşaçılar ARB-dən ayrılmasınlar”.ARB TV-nin aparıcısı Elgiz Əkbər də hazırda istirahətdə olduğunu söylədi:“Hələ heç nə bilmirəm. İnşallah, ayın sonuna bizim proqramlarımız bəlli olacaq. Televiziya inkişaf etməlidir. Hər il yeni-yeni layihələr olmalıdır. Əlbəttə ki, yeni sezonda layihələrimiz olacaq. Bunu iclasdan sonra daha dəqiq biləcəyik”.ARB TV-nin aparıcısı Afət Rahilqızı yeni layihənin olmadığını bildiridi:“Yəqin ki, yeni sezonda verilişin mahiyyəti olduğu kimi qalacaq. Ancaq dəyişiklik olarsa, bunu icladan sonra biləcəyik.”BAKU.WS
Oxşar xəbərlər
Ev tikmək çətinləşir? EKSPERT QAYDALARI İZAH EDİR
Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obye...