"Maşın" şou yenidən başlayır

Maşın şou yenidən başlayır
Şou-biznes 3702
 

Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousu yenidən başlayır.

BAKU.WS xəbər verir ki, şoumen bu barədə Instagram hesabında yazıb. 

"Davam, ya tamam" layihəsi ilə "Maşın"ı müqayisə edən M.Dadaşov bunları bildirib:

"Davam, ya tamam" çox doğma və əzizdir. Dünya standartlarına uyğundur. Sabah deyə biləcəyik ki, biz lisenziyalı layihə etdik. Mən istədiyim layihədir. "Maşın" isə tamaşaçının şousudur. O birindən çox baxılır. Amma "Davam, ya tamam"da hamı pul qazanır. Bu birində yox. Özüm də inanmırdım ki, bu dəfəki oyun daha maraqlı olacaq. Mənə elə gəlir ki, bu şou bizim haqqımızdadır. Həyatda bu cür hadisələrlə nə qədər üzləşirik. Nə qədər dostumuz bizi satır. Televiziya yayım platformasını itirib. Sonuncu tamaşaçıları yığırıq. İnsanlar 2 il fasilədən sonra darıxmışdı şou üçün. Bu dəfə maliyyə problemlərimiz yarandı, "Maşın"a gec başladıq. Amma maraqlı insanlar ortaya çıxdı. "Maşın"ın 15-ci sürəti ilə tezliklə gələcəyik".

BAKU.WS

Son xəbərlər