“Maşın” yolun sonuna yaxınlaşır – Final başladı - FOTO

“Maşın” yolun sonuna yaxınlaşır – Final başladı - FOTO
Sosial 5787

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ilk final buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şou proqramda artıq SMS səsverməsi dayandırılıb. Murad Dadaşov bildirib ki, bu gün iştirkçılara müəyyən müddətdə güzəştlər ediləcək. Amma sabahdan etibarən əsl final başlayır. İştirakçılar maşının ətrafından ayrıla bilməyəcəklər. Hər iki saatdan bir əl dəyişəcək. Həkimlər iştirakçıları nəzarətdə saxlayacaq, hər hansı bir problem aşkarlanarsa, o yola salınacaq. Bugünkü buraxılışda isə iştirakçıları müğənni Ədalət Şükürov, Elçin Hüseynov, Eyyub Hüseynov, Nadir Qafarzadə, Tünzalə Ağayeva ziyarət edib, onlar üçün mahnı ifa edib.

BAKU.WS

Son xəbərlər