Azərbaycanlı şəhid övladlarının Türkiyəni ağladan mesajı - FOTO/VİDEO

Azərbaycanlı şəhid övladlarının Türkiyəni ağladan mesajı - FOTO/VİDEO
Foto Video
Şou-biznes 1010

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı tədbir təşkil edilib.

BAKU.WS xəbər verir ki, tədbirin təşkilində məqsəd torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını hiss etdirmək olub.

Tədbirin fəxri qonağı Xalq artisti Röya Ayxan olub. Sənətçi uşaqlarla birlikdə “Zəfər himni”ni səsləndirib.

Daha sonra qardaş ölkə, Türkiyədə baş verən təbii fəlakəti də unutmayan iştirakçılar əllərində Türkiyə bayraqları - “Bu birliklə əzəmətsən, Sən sevgisən, məhəbbətsən - Azərbaycan-Türkiyə! Canımız yandı, içimiz yandı, səninləyik, Türkiyə" - şüarlarını səsləndiriblər.

Şəhid övladlarının bu dəstək mesajı Türkiyə mətbuatında gündəm olub. Qardaş ölkənin bir çox mətbuat orqanında “Azerbaycanlı şehit çocuklarından Türkiye’ye ağlatan mesaj” başlığı altında məqalələr yer alıb, xəbərlər dərc edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər