Azərbaycanlı müğənni "Şirin çay" təqdim etdi
Müğənni Nərmin Kərimbəyova "Şirin çay" adlı yeni klipini təqdim edib.
BAKU.WS xəbər verir ki, söz və musiqisi Ünal Məmmədova aid bəstəni rejissor Xəyal Murtuzov ekranlaşdırıb.
Bir - birindən fərqli obrazlarda kamera önünə keçən ifaçı dinamik tərzi və enerjisi ilə sevənlərinə eşq ismarıcları yollayıb. Nərminin bahalı arzuları yəgin ki, elçilərini dilə gətirəcək.
Kərimbəyova yeni layihəsi barədə "Gənc yazar Ünal Məmmədov ilə 10 ilə yaxın tanışlığımız olsa da, ilk mahnısı idi ki, onu eşidən kimi özümə tam uyğun hesab etdim. Mahnının dinamikası, sözlərindəki pozitiv ismarıcları ruhuma xoş gəldi" - deyə bildirib.
Məlumat üçün onu da qeyd edək ki, bəstənin aranjiman və masterinqi Rasim Əsgərov və Dahina aiddir. Sənətçinin klipdəki 3 obrazının müəllifi stilist Babək Qədirovdur.
Oxşar xəbərlər
Əməkdar artistdən ETİRAF: "Teatrda salamlaşmadığım sənətkarlar var"
Əməkdar artist Çingiz Əhmədov etirafı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan aktyor bəzi həmkarları ilə aralarəndakı soyu...