Azərbaycanlı müğənni 41 yaşını Banan adasında qeyd etdi
Müğənni Nərmin Kərimbəyova 41 yaşını qeyd edir.
BAKU.WS xəbər verir ki, sənətçi qədəm qoyduğu yeni yaşında ilk dəfə adaya səfər edib.
Doğum günü və səfərindən yeni görüntülər paylaşan ifaçı, Qətərə ilk dəfə səyahətini, bu yaşın ona qatdığı özəllikləri sevənləri ilə bölüşüb.
Müğənninin gecə libası da xeyli müzakirələrə səbəb olub.
41 yaşını qeyd edən Kərimbəyova yaxın zamanlarda yeni hitini də təqdim edəcəyini bildirib:
"41-ci doğum günümü yeni ölkədə, adada qarşılamağa qərar verdim. Heç vaxt səyahət etmədiyim ölkəni- Qətəri seçdim və qızımla birgə paytaxt Dohadan 30 dəqiqəlik məsafədə yerləşən Banan adasına gəldim.
Burada yeni ruhsal təcrübələrimə başlamışam və həyatıma yeniliklər gətirirəm. Yeni yaşımda və gələcək həyatımda dinləyicilərimə tək musiqilərimlə yox, həm də yeni ruhsal fəaliyyətlərimlə faydalı olacağıma inanıram. Bu həyatı artıq yeni nəfəslə yaşamağa başlayıram. Hamınızı sevirəm. Tezliklə yeni mahnımız da gəlir".
Qalereya
Oxşar xəbərlər
Serdar Ortaç səhnədə yıxıldı - ANBAAN GÖRÜNTÜ
Məşhur müğənni Serdar Ortaçın başına iş gəlib. BAKU.WS xəbər verir ki, sənətçi restoranlardan birində çıxış edərkən yıxılıb. Həmin an məkanda hamı panikaya dü...