Azərbaycanlı məşhurların 250 000, 96 000 və 50 000 AZN-lik geyimləri - SİYAHI
Bəzi dünya məşhurları kimi yerli şou-biznes nümayəndələri də zaman-zaman geyim tərzləri ilə gündəm olurlar. Bu meyar adətən hər müğənniyə görə fərqlidir. Məsələn kimisi uzcuz və zövqsüz libası ilə müzakirələr yaradarkən, kimisi eleqant və bahalı tərzi ilə gündəmi alt-üst edir.
Bu dəfə BAKU.WS saytı olaraq azərbaycanlı məşhurların konsertə, toya və adi gündəlik olaraq geyindiyi ən bahalı libasların qiymətini araşdırdıq. Sözügedən siyahını oxuculara təqdim edirik:
Xalq artisti Röya Ayxanın səhnədə geyindiyi libaslardan birinin qiyməti 96 000 AZN civarında olub. Uzun qara rəngli, bahalı geyim "Elisabetta Franchi" markasına aid olub. İfaçı bu libasını "Roberto Coin" brendindən olan bahalı zinət əşyaları ilə tamamlayıb.
Xalq artisti Aygün Kazımova Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalında bir-birindən bahalı geyimləri ilə seçilib.
Pop kraliça gecədə 3 fərqli tərzdə görünüb.
Sənətçi hər üç libasına ümumilikdə 25044 manat xərcləyib.
Geyimlərdən ikisi məşhur "Alex Perry", biri isə "Affair" brendinə aid olub. Sənətçi libasların hər birində brend zinət əşyalarına da üstünlük verib.
Xalq artisti Tünzalə Ağayeva da bahalı geyimləri ilə seçilən məşhurlar sırasındadır. Onun fotosessiyası üçün geyindiyi "Versace" brendinə məxsus qara rəngli libasının qiyməti 4720 dollar, yəni 8016 AZN olub. Ağayeva bu "look"unu "Saint Laurent" markalı ayaqqqabı ilə tamamlayıb. Xalq artistinin ümumi tərzi 5815 dollara, yəni 9877 AZN-ə başa gəlib.
Müğənni Günel Zeynalova da bahalı geyimlərindən söz etdirən məşhurlardandır. Onun "Gucci" markalı qısa geyimi və "SAGAZA" brendinə aid bahalı libası uzun müddət müzakirələr yaratmışdı.
Birinci geyim 5654 AZN, ikinci geyim 3260 AZN dəyərində olub.
Müğənni Safura Əlizadə adi gündəlik geyindiyi libasının bahalı olması müzakirələr yaratmışdı. Belə ki, sənətçinin "Moncler" brendinə aid qalın gödəkçəsinin qiyməti 3000 dollar yəni 3910 AZN olub.
Safura "Prada"dan olan çantasına isə 2400 dollar yəni 4080 AZN xərcləyib. O tərzinə ümumilikdə təxminən 8000 AZN sərf edib.
Müğənni Şəbnəm Tovuzlu açıqlamalarından birində ümumi 11 şubası olduğunu və onların ümumilikdə 50 000 AZN qiyməti olduğunu vurğulayıb. Tovuzlu həmin libasları toylara və xüsusi dəvətlərə gedərkən istifadə edir.
Sadə və zövqlü libasları ilə gündəm olan müğənni Nigar Camal müsahibələrindən birində geyimin bahalı olmasına üstünlük vermədiyini bildirib. Sənətçi libaslarını hər zaman Londondan aldığını vurğulayıb.
Azərbaycanlı model və dizayner Diana Əhədpur da bahalı tərzi ilə gündəmə gələn məşhurlardandır.
O fotosessiyalarından birində bahalı obrazı ilə müzakirələr yaratmışdı. Belə ki, Əhədpurun fotosessiya üçün geyindiyi "New arrivals" markasına aid libası 321 dollar, yəni 545 AZN olub. Lakin model libasını xarici brendlərə məxsus geyimini bahalı boyunbağı ilə tamamlayıb. Onun zinət əşyasının qiyməti 146 min 178 dollar yəni 248 min 502 AZN olub. Digər brendlərə aid aksessuarlarını da hesablasaq Diana bir fotosessiya üçün 147 min 494 dollar yəni 250 min 739 AZN xərcləyib.
Xanım məşhurlar qədər yerli şou-binesdə bahalı geyinən kişi müğənnilər də var.
Xalq artisti Bilal Əliyev qonaq olduğu verilişlərdən birində 18 000 AZN dəyərində kostyum geyindiyini etiraf edib.
Müğənni Orxan Babazadə də bahalı tərzi və libası ilə gündəmə gələn məşhurlardandır. O verilişlərdən birinə qonaq olarkən 10 000 dollar yəni 17000 AZN dəyərində ayaqqabı geyinib.
Oxşar xəbərlər
Xalq artisti xarici görünüşünü dəyişib belə oldu
Xalq artisti Tünzalə Ağayeva xarici görünüşündə dəyişiklik edib. BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə sarışın olub. Pop ulduz narıncı saçlarını sarı rəngə b...