Nailə İslamzadə: "Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İllərin sevilən diktoru, Əməkdar artist Nailə İslamzadə itirdiyi ailə üzvlərindən danışıb.
BAKU.WS xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan aparıcı qardaşlarının və atasının elə onun diktorluq edən vaxtlarda dünyasını dəyişdiyini bidirib. İslamzadə bu ağır xəbərləri eşitməsinə baxmayaraq, yenə də işinə qayıtdığını deyib:
“Qardaşımın ölüm xəbərini çəkilişdən əvvəl eşitdim. Atam rəhmətə gedəndə də efirdə çalışdığım vaxtlar idi. Belə şeylər efirdə adama çox təsir edir, amma tamaşaçıya aidiyyəti yoxdur ki, sənin başına nə gəlib? Biz özümüzü toplayıb xəbəri çatdırmalıyıq. İşimizi görüb, əhval-ruhiyyəmizi işimizə yansıtmamalıyıq.
Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm. Mən evdə uşaqların ən kiçiyi idim. Böyük qardaşım məndən 11 yaş böyük idi. Oğlanların içində böyümüşəm, onlar qışda tətilə gələndə quş ovlamağa gedirdilər. Evimizin arxasında qoruq var idi. Məni də özləri ilə aparırdılar, anam deyirdi ki, "imkan verin bu qız xanım kimi böyüsün".
Futbol oynayanda məni qapıya qoyurdular. Sonra böyüyürsən, çəhrayı eynəkləri çıxarırsan. Həyat insanı dəyişdirir, yaxşını, pisi görürsən. Mənim üçün həyat gözəl idi, həm də çox uzun müddət. İnsanları tanımırdım. Ondan sonra başladım tanımağa, indi yaxşı tanıyıram”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...