Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Alovla saç kəsir - VİDEO
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində bərbər fəaliyyəti göstərən Pünhan Bədəlov saç kəsərkən qayçı əvəzinə şamdan istifadə edir. BAKU.WS xəzərxəbər-ə istinadən xəbər verir ki, o, 1 ilə yaxındır ki, bu üsuldan istifadə etdiyini deyir.
Pünhan Bədəlovun sözlərinə görə, indiyə kimi 40-a yaxın müştərinin başını alov vasitəsilə kəsib. Bu üsulun qayçı ilə saç kəsməkdən daha effektiv olduğunu bildirir.
Bərbər deyir ki, şamla saç kəsdiyi ilk vaxtlarda bir neçə dəfə hətta əlini də yandırıb. Amma alovun saça zərər yetirməsinə imkan verməyib.
Pünhan Bədəlov alovla daha bir yenilik etmək niyyətindədir. O, saçdakı buruqları açmaq üçün də alovdan istifadə edəcəyini bildirir.
BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarov DANIŞDI: Məqsəd onu agent kimi işə cəlb etmək idi
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabi...