Maştağada “Ceylo”nu maşın vurdu (FOTO)
Bakıda cinsi azlığın nümayəndəsini vuran maşın hadisə yerindən uzaqlaşıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, yol qəzası Maştağa qəsəbəsində baş verib.
Qəsəbədə "Dörd yol” kimi tanınan ərazidə 1977-ci il təvəllüdlü Bədəlov Ceyhun Arif oğlunu avtomobil vurub. Sürücü maşını saxlamayaraq, ərazidən uzaqlaşıb. Xəsarət alan C.Bədəlov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Ceyhun Bədəlovun verdiyi məlumata görə, onu "VAZ 2107” markalı avtomobil vurub.
Ceyhun Bədəlov Maştağa şossesində "Ceylo” ləqəbi ilə tanınır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
BAKU.WSOxşar xəbərlər
Bakıda avtobus piyadanı vurdu, yaralının bacısı sürücünü döydü
Bakıda piyadanı vuran avtobus sürücüsü xəsarət alan şəxsin bacısı tərəfindən döyülüb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisin...