Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... - FOTO
22
may
2019
15:28
Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə təşrif buyurarkən kameraların hədəfinə tuş gəliblər.Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da “Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər veri ki, sərəncam...