Azad Şabanov "Xatirədir"ə yeni nəfəs verdi
Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi əfsanəvi "Karvan" qrupunun solisti Firuz İsmayılovun repertuarından olan "Xatirədir" mahnısını yeni aranjimanda və müasir nəfəsdə ifa edərək ekran versiyasını yayımlayıb.
Mahnının musiqisi Firuz İsmayılov, sözləri Malik Fərruxa aiddir. Layihənin aranjimanını Emil Əliyev, videonu isə Fərhad Əli həyata keçirib. Bu yaradıcı əməkdaşlıq nəticəsində ortaya həm nostalji duyğularla zəngin, həm də müasir musiqi zövqünə uyğun bir layihə çıxıb.
Xüsusilə qeyd etmək lazımdır ki, "Xatirədir" mahnısının məhz Azad Şabanov tərəfindən yenidən ifa olunması ideyası mahnının müəllifləri və ailələri tərəfindən dəstəklənib.
Maraqlı məqamlardan biri də budur ki, Azad Şabanovun musiqi heyətində yer alan musiqiçi Gennadi Yuqai Azadın ilk addımlarından onunla birgə çalışır, uzun illər "Karvan" qrupunun bas-gitara ifaçısı olub və "Azad Music Band" kollektivin tarixinin bir parçasına çevrilib. Bu fakt layihəyə xüsusi mənəvi dəyər və simvolik bağ qatır.
Qeyd edək ki, "Xatirədir" artıq bütün rəqəmsal platformalarda yayımlanır.
Oxşar xəbərlər
51 yaşlı İlhan Mansızın oğlu ilə bənzərliyi müzakirələrə səbəb oldu
Keçmiş futbolçu İlhan Mansız bu dəfə oğlu ilə gündəmə gəlib. BAKU.WS xəbər veri ki, idmançının azyaşlı oğlu İmre Leonun atasına bənzərliyi müzakirələr yaradıb....