Aysel Əlizadə: "Anam aldığı əti itirmişdi deyə hönkür-hönkür ağladı"
Müğənni Aysel Əlizadə təsirli anları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan ifaçı illər əvvəl ailəsinin yaşadığı maddi sıxıntılardan danışıb.
Bu zaman ifaçı kövrələrək göz yaşlarına hakim ola bilməyib:
"Biz uşaq olanda anam evə ət almışdı. Gördüm ki, evdə fırlanır, dedim, ana nə olub? Oturub hönkür-hönkür ağladı, əti itirmişdi. Böyük həyəcanla gəlmişdi ki, bizə ət yeməyi bişirəcək.
Biz övlad kimi anamdan ət istəməmişik, makaron bişirib yemişik. Anama nəsə istədiyimi deyə bilmirdim. Ürəyimdən çox şey keçirdi, amma demirdim. Deyirdim, ana qorxma, mən böyüyüm, sən işləməyəcəksən, sənə paltarlar alacam, salonlara aparacam".
Ətraflı videoda:
Oxşar xəbərlər
"Rüya gibi"nin aktyoru yeni serialda
Son olaraq "Rüya gibi" serialında izləyicilərin qarşısına çıxan türkiyəli aktyor Uğur Güneş yeni layihəsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, aktyor "Sen...