Aynur Dadaşova: “Ömrünə az qalmışdı, bağ evimi satdım, istədiyini aldım” -VİDEO

Müğənni Aynur Dadaşova şəxsi həyatından danışıb.
BAKU.WS xəbər verir ki, “Salami şou” proqramına qonaq olan sənətçi pandemiya dövründə yaşadığı maddi çətinliklərdən danışıb.
Dadaşova rəhmətə gedən bacısının xərclərini ödəmək üçün bahalı bağ evini satdığını bildirib:
“Hər kəsə maraqlıdır ki, pandemiya dövründə müğənninin toyları olmur, bəs onlar nə ilə dolanır? Mən utanmıram bunu deməyə, bahalı bağ evim var idi. Onu satdım. Neynəyim? Bacım xəstə idi, evdə heç kim işləmirdi, bütün yük mənim üzərimdə idi. Şükr, ac qalmadıq. Rəhmətlik bacımın ürəyi istədiklərini aldım. Nə istədisə, ona heç vaxt "yox" demədim. Çünki həkimlər demişdi ki, ömrünə az qalıb”.
Qeyd edək ki, Aynur Dadaşovanın bacısı ötən il xərçəngdən dünyasını dəyişib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...