"Aynoor" - Azərbaycan dəb dünyasında yeni imza! (FOTOLAR)

19
noy
2018
10:03
Noyabrın 15-də "L`Avenue" restoranında modelyer-dizayner Aynur Əliyevanın "Aynoor" geyim brendinin təqdimatı keçirilib. BAKU.WS-in məlumatına görə, uşaqlıqdan dizayner sənətinə böyük həvəsi olan Aynur Əliyeva brendinin fərqindən və incəliklərindən söz açıb.Təqdimat gecəsinə bir neçə ay ərzində hazırlaşan modelyer-dizayner, ilk növbədə, ona bu yolda dəstək olan müəllimi tanınmış dizayner, qalereyaçı Natavan Əliyevaya təşəkkürünü bildirib. Təbiətdən ilhamlanan Aynur Əliyeva geyimlərin hazırlanmasında ağ, mavi və çəhrayı rənglərə üstünlük verilib. Bu da onun təbiətə olan sevgisi ilə bağlıdır.
Romantik üslubda işlənilən "Soft dreams" (İncə arzular) adlı yaz-yay kolleksiyası "Aynoor" geyim brendinin ilk nümunəsidir. Parçalar, eləcə də geyimlərin hər bir detalı Türkiyə, Fransa və İtaliya kimi xarici ölkələrdən gətirilib. Əl işlərinə üstünlük verilən geyimlər keyfiyyəti, rəngi və bir çox özəl xüsusiyyətləri ilə digər brendlərdən seçilir və görənlərin zövqünü oxşayır.
"Aynoor" moda evi ziyafət, gündəlik və s. geyimlərin özəl sifarişlərini də qəbul edir. Paytaxtın Rəsul Rza 18 ünvanında yerləşən moda evi ilə həm sosial şəbəkə üzərindən, həm də telefon vasitəsi ilə əlaqə saxlamaq mümkündür. (+994 50) 3030888Facebook: Aynoor.azInstagram: @aynoor.azHüseyn MəmmədsalahovBAKU.WS




























Oxşar xəbərlər
Məşhur "Fendi" brendinin reklamında Azərbaycan sözləri: "Bir gün mənə rəhmin gələcək" (VİDEO)
Məşhur geyim brendi "Fendi"nin reklam çarxında Azərbaycan sözlərindən istifadə edilib. BAKU.WS xəbər verir ki, dünyaca məşhur geyim brendinin son reklam çarxınd...