Dəb dünyasının yeni brendi “L’Atelier di Alta Moda” evinin növbəti defilesi keçirilib (FOTO)

15
may
2018
14:58
Dəb dünyasının yeni brendinə çevrilmiş “L’Atelier di Alta Moda” evinin növbəti defilesi keçirilib. 2018 – 2019 qış kolleksiyası “İspan gecələri” adı altında təqdim edilib.Azərbaycan Milli İncəsənət Muzeyində baş tutan dəb şousunda “L’Atelier di Alta Moda” evinin əsas modelyeri Səfiyə Babayeva tərəfindən hazırlanmış 40 fərqli üslubda geyim kolleksiyası nümayiş olunub.Podyumda sərgilənən yeni dizaynlı və fərqli kolleksiyanın “İspan Gecələri” adlanmasına səbəb isə gəlinlik obrazının İspan stilində olmasıdır.Modelyer S.Babayevanın təxəyyülünun nəticəsində hazırlanan fərqli libaslar, keyfiyyətli parça və trend rənglər qonaqların zövqünü oxşayıb.Xatırladaq ki, “L’Atelier di Alta Moda” brendinin ilk təqdimatı ötən il Bakının “Four Seasons” hotelində, “Zərif – bəyaz qış kəpənəyi” adı ilə keçirilib.Yüksək moda və qadın geyimi fərdi tikiş ateliyesi “L’Atelier di Alta Moda” 28 May küçəsi 4b ünvanında yerləşir.Əlaqə: 050 980 00 04 / 012 493 00 04www.latelierdialtamoda.comİnstagram: @latelierdialtamoda Fb: latelierdialtamoda

















Oxşar xəbərlər
“Zərif - bəyaz qış kəpənəyi” - “L’Atelier di Alta Moda” fəaliyyətə başladı - FOTOLAR
Dəbdə yeni brendə çevriləcək “L’Atelier di Alta Moda” evinin Four Season otelində təntənəli açılış mərasimi təşkil edilib. Gecədə “L’Atelier di Alta Moda” evini...