Audi brendi Bakıda keçirilən Azərbaycan Moda Həftəsini dəstəklədi (VİDEO)

Audi brendi Bakıda keçirilən Azərbaycan Moda Həftəsini dəstəklədi (VİDEO)
Video
Şou-biznes 1167
7-10 noyabr tarixlərində Bakıda Azərbaycan Moda Həftəsi keçirildi. Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici modelyerlər geyim kolleksiyalarını modasevərlərə nümayiş etdirərək, tədbirə təşrif buyuran qonaqlara üç gün ərzində fəslin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olma imkanı verdilər. Bu tədbir Azərbaycanın mədəniyyətini və dəb anlayışını dünyaya göstərmək və tanıtmaq üçün gözəl bir fürsət yaratdı.AUDİ brendi də moda sənayəsinin inkişafına biganə qalmadı. Azərbaycanda Moda Həftəsinin 6-ci fəsilində AUDİ rəsmi avtomobil tərəfdaşı kimi fəaliyyət göstərdi. Tədbiri daha rəngarəng və maraqlı etmək üçün AUDİ müasir və gözəçarpan dizaynlı avtomobillərini nümayiş etməklə, qonaqlara təhlükəsiz, komfort və ən əsas keyfiyyətli alman avtomobilləri ilə yaxından tanış olmaq üçün imkan yaratdı. Podiumda nümayiş olunan Q2 modeli moda həftəsinə təşrif buyuran qonaqların diqqətini cəlb edərək, podiumun ən cəlbedici və gözoxşayan dekorasiyalarından biri oldu. Qeyd edək ki tədbirdə media nümayəndələri ilə yanaşı tanınmış şirkətlərin PR və marketing mütəxəssisləri, bloqerlər və Fransa səfirliyin nümayəndələridə iştirak etmişdi

Oxşar xəbərlər

Son xəbərlər