Yeni moda nümayişi bütün dünyada səs-küy yaratdı (VİDEO)

Yeni moda nümayişi bütün dünyada səs-küy yaratdı (VİDEO)
Video
Şou-biznes 3681

  

ABŞ-dan olan modelyer Rik Ovens bəzilərinə görə alimdir, amma şübhəsiz moda dünyasının ən müzakirə olunan isimlərindən biridir. 

BAKU.WS-in məlumatına görə, Parisdəki defiləsi sadəcə modaçılar arasında deyil, sosial şəbəkələrdə də dünya səviyyəsində müzakirələrə səbəb olub. Rik Ovensin 2017 payız-qış koleksiyonu dizayndan daha çox modelyerin istifadə etdiyi aksesuarlar və təqdimatı ilə gündəmə gəlib. Çünkü Ovens podyumda yenə qeyri-adi bir təqdimatı sınaqdan keçirib. Bəzi modellerin bir-birini çanta kimi daşıması ictimaiyyət tərəfindən müsbət qarşılanmayıb.

Modellerin başlarına taxılan böyük saç yumaqları da bol ölçülü geyimlərin tamamlayıcı ünsürü olarak düşünülüb. Hər nə qədər bəzi tənqidçilər dizaynların inqilabi cizgiləri ehtiva etdiyini bildirsə də, bunun əksini düşünənlər də var. 

Modelyerin özü isə hazırladığı geyimlərin sürreal sənət əsərləri olduğunu bildirib. Ovens təqdimatda xüsusilə natarazlığı ön plana çıxardığını söyləyib. 

 

BAKU.WS

Son xəbərlər