Aygün Bəylərin yalanı üzə çıxdı - VİDEO

Aygün Bəylərin yalanı üzə çıxdı - VİDEO
Video
Şou-biznes 5744
Əməkdar artist Aygün Bəylərin yalanı aylar sonra üzə çıxdı. BAKU.WS-in məlumatına görə, bir müddət əvvəl ifaçının prodüseri Sultan Mustafayev onun ailə quracağı barədə, hətta toyun tarixinə qədər açıqlamışdı. Deyilən tarixdə toy baş tutmadıqdan sonra A.Bəylər verilişlərin birində bu xəbərin yalan olduğunu, sadəcə piar xatirinə məqsədli şəkildə yayıldığını etiraf etmişdi. Bu söz-söhbətin üstündən aylar keçməsinə baxmayaraq, prodüser Sultan Mustafayev yenidən mövzuya qayıdıb. O, evlilik məsələsinin ciddi olduğunu, lakin müəyyən səbəblərdən alınmadığını deyib: "Bəli, ciddi söhbət idi. Aygün Bəylər ailə quracaqdı. Sadəcə, son vaxtlar həmin bəylə Aygün xanımın sözləri düz gəlmədiyinə görə ayrıldılar". Zülfiyyə Qurbanova BAKU.WS Aygün Bəylərin prodüseri Sultan Mustafayevin "DTV Maqazin"ə açıqlamasını təqdim edirik:

Son xəbərlər