Aybəniz Haşımova oxudu, Aynişan göz yaşlarını saxlaya bilmədi - VİDEO

Ötən gün Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın qız toyu baş tutub.
BAKU.WS xəbər verir ki, məclisə səbəbkarların yaxınları və dostları qatılıb.
Aybəniz Haşımova qızının toyunda ifa edib. Həmin zaman kövrək anlar yaşanıb. Aynişan göz yaşlarını saxlaya bilməyib.
Toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Aynişan Quliyevanın ailə həyatı qurduğu Kənan Əliyev fitnes məşqçisidir. Cütlüyün nişanı ötən ilin dekabrında baş tutub.
Cütlüyün tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.
K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.
Qalereya

Oxşar xəbərlər
Aynişan Quliyevanın nikah mərasimindən görüntülər - VİDEO
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın nikah mərasimi olub. BAKU.WS xəbər verir ki, cütlük sadə bir mərasimlə ailə həyatı qurub. Ən şad gün...