Aynişanın nişanlısı görün kim imiş - FOTO

Aynişanın nişanlısı görün kim imiş - FOTO
Foto
Şou-biznes 12501

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, aktrisa Aynişan Quliyevanın nişan mərasimi keçirilib. Sənətçi bu barədə özü məlumat versə də, nişanlısının kimliyini hər kəsdən gizlədib.

BAKU.WS Axsam.az-a istinadən xəbər verir ki, A.Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə nişanlanıb.

Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibət yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.

Aynişan nişanla bağlı paylaşımına “Hər şey "Salam, Aynişan xanım, xoş gəlmisiniz” sözləri ilə başladı” şərhini yazıb.

Qeyd edək ki, K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

Oxşar xəbərlər

Aynişan nişanladı - FOTO

Aynişan nişanladı - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva nişanlanıb. BAKU.WS xəbər verir ki, 28 yaşlı ifaçının nişan mərasimi bir neçə gün öncə baş tutub. O, ni...

6609 Şou-biznes 16:37 20 dekabr 2019

Son xəbərlər