Aynişan: "Artıq hər iki toy üçün gəlinlik seçilib" - FOTO

Fevral ayında toyu olacaq Aynişan Quliyeva toy mərasimi ilə bağlı bəzi məqamları açıqlayıb.BAKU.WS xəbər verir ki, gənc ifaçı artıq toy hazırlıqlarına başladıqlarını bildirib.
Həm qız, həm oğlan toyu edəcəklərini deyən Aynişan iki dəfə gəlinlik geyinəcək. O, hər iki məclis üçün fərqli libaslar seçib.

Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın nişanlısının fitnes məşqçisi Kənan Əliyevdir. Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.
K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.


Oxşar xəbərlər
Aynişanın nişanlısı ilə yeni görüntüləri - FOTO
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva nişanlısı Kənanla yeni fotolarını paylaşıb. BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, Aynişan bayra...