Atasından danışan Aynur Dadaşova: "Həkimlər yaxşı xəbər verə bilməyəcəklərini dedilər"
28
dek
2021
16:02
Müğənni Aynur Dadaşovanın atası İbrahim Dadaşovun səhhətində problemlər yaranıb.
Bu haqda BAKU.WS-ə danışan sənətçi 67 yaşlı atasının hazırda reanimasiyaya yerləşdirildiyini deyib:
"Atam insult keçirdi. Təcili olaraq xəstəxanaya apardıq. Hələ ki reanimasiyadadır. Vəziyyəti ağırdır. Həkimlər yaxşı xəbər verə bilməyəcəklərini dedilər".
Xatırladaq ki, Aynur Dadaşovanın kiçik bacısı Günel 2020-ci ilin oktyabrında xərçəng xəstəliyindən vəfat edib.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...