Atası İbrahimdən danışan Ahmet: "Bir aydır ziyarətinə heç kim getmir"
"Ankarada xəstəxanada yatır. Bir aydır ziyarətinə heç kim getmir. Dostları da bir yerə qədər ziyarət etdi. "Mən əlayam" deməklə olmur. Bu vəziyyətə kədərlənirəm. Kaş düşünsə ki "Mən nə edirəm?".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Ahmet Tatlıses atası İbrahim Tatlısesdən danışarkən deyib.
Ahmet elektron qolbaqla gəzməsindən də şikayətlənib. O yaxşı övlad olduğunu, bu qolbağın artıq çıxarılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən ilin noyabrında İbrahim Tatlıses oğlu Ahmet Tatlıses barəsində məhkəmədən uzaqlaşdırma qərarı alıb. İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilmir. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edə bilər.
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...