"Aşk-ı Memnu"nun Firdevsindən ETİRAF: "Adnanın da günahı var"
Türkiyə televiziya tarixində iz qoyan layihələrdən biri "Aşk-ı Memnu"nun Firdevsi Nebahat Çehre illər sonra serialla bəzi açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, aktrisa illər sonra qatıldığı bir televiziya proqramında serial haqqında danışıb. Behlül və Bihter obrazları arasındakı qadağan olunmuş eşqə toxunan 81 yaşlı Çehre belə deyib:
"Bu qədər gözəl bir qadınla evlənirsən və evdə çox yaraşıqlı bir qardaşoğlun var. Bu səbəbdən bunları yaşamaq qaçınılmaz idi. Ona görə də Adnanın da günahı var".
Nebahat Çehrenin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, 2008-2010-cu illərdə yayımlanan və ilk gündən tamaşaçıların sevilən serialı olan "Aşk-ı Memnu"nun rejissorluğunu Hilal Saral edib.
Ekran əsərində Nebahat Çehre, Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem və Zerrin Tekindor çəkiliblər.
Oxşar xəbərlər
50 milyonluq maşın sürən Buray: "Pulumu yığıb səyahət edirəm"
Müğənni Buray açıqlaması ilə marağa səbəb olub. BAKU.WS xəbər verir ki, İstanbulun Etiler səmtində 50 milyon lirəlik (1 milyon 950 min AZN)"Rolls-Royce" ilə gö...